Proqramlaşdırmaya hansı dildən başlamaq lazımdır?
Bu səhvi etməyin!

Mündəricat
- Giriş.
- İlk addımlar.
- Back-end yoxsa Front-end?
- Doğru texnologiyanı necə seçim?
Giriş
İT sahəsinə başlamaq üçün doöru seçimin edilməsi haqqında əvvəlki yazımda qeyd etmişdim. Əgər hələ də oxumamısınızsa, ilk öncə onu oxumağı tövsiyyə edərdim. Oxumaq üçün: İT - yə başlamaq üçün doğru yol ...
İlk Addımlar.
Günümüzdə əksər insanlarda belə bir düşüncə var - "Proqramlaşdırmada dəhşət pul var". Bu qismən doğrudur. Çünki bu cümlələr hər kəs üçün keçərli deyil. Proqramlaşdırmaya başlamazdan əvvəl əsas diqqət edəcəyiniz məsələ sizin bu sahəyə həvəsinizin olub - olmamasıdır. Xüsusi qeyd etmək lazımdır ki, əgər ingilis dilini bilmirsinizsə və ya çox zəif bilirsinizsə ilk növbədə ingilis dilini öyrənin. Çünki ən yeni məlumatlar, elmi məqalələr və kitablar hazırda ingilis dilində daha çox əlçatandır. Ola bilər ki, siz bu sahədə tam yenisiniz və heç bir informasiyanız yoxdur. Bu zaman internetdə araşdırma etməyə başlayın. Sizə şəxsən kimsə yardım etməyə çalışsa, çox diqqətli olun, çünki həmən insanın səriştəsizliyi sizi bu sahədən uzaqlaşdıra bilər. Öz sevdiyi və ya bildiyi texnologiyaları sizə ən yaxşısı və ya yeganə yolunuzmuş kimi göstərə bilər.
Back-end yoxsa Front-end?
Front-end - Sadə formada desək, gündəlik həyatda istifadə etdiyimiz veb və ya mobil tətbiqlərin görünən tərəfidir.
Back-end - Sadə formada desək, gündəlik həyatda istifadə etdiyimiz veb və ya mobil tətbiqlərin görünməyən tərəfidir.
Məsələ seçimə gələndə, bu bir başa sizə bağlıdır. "Back-end ən yaxşısıdır.", "Front-end ən yaxşısıdır." tipli cümlələrə aldanmayın. Əgər qərarsız qalmısınızsa, sadəcə araşdırın. Bu da yetərsiz gəldiyi halda sizə nisbətən maraqlı gələn birindən başlayın. Zaman keçdikcə lazım olan yolu heç kəsin köməyi olmadan özünüz seçə biləcəksiniz.
Doğru dili necə seçim?
Proqramlaşdırma dili və texnologiya seçiminə aid verilən suallar hər zaman ən çox verilən suallar sırasında olmuşdur. İlk öncə birdəfəlik anlamaq lazımdır ki, ən yaxşı texnologiya və ya proqramlaşdırma dili yoxdur. Bu qarşıya qoyulan tapşırığa görə dəyişir. Bəzən deyirlər ki, filan dildən başlayın asan gəlsin. Başqa bir misal olaraq, əksərən C# öyrənmək istəyənlərə həmişə ilk öncə C və ya C++ dillərindən başlamaq məsləhət görülür. Halbu ki, C və ya C++ dillərindən başlamaq hər zaman əlverişli deyil. Əgər siz qarşıya məqsəq qoyub, C# öyrənib, tezliklə işləmək istəyirsinizsə, o zaman C# - ın özündən başlamaq lazımdır. Hər dilin öz başlanğıc nöqtəsi var. Yox, əgər sizin təhsiliniz bu istiqamətdədirsə artıq buna uyğun olaraq, C++ dilindən C# dilinə ehtiyac olan zaman əziyyət çəkmədən keçid edə bilərsiniz. Texnologiya seçimi maşın seçiminə bənzəyir. Hər yola uyğun ayrı maşınlar var. Hər maşınla hər yolda rahat hərəkət etmək olmur.
Nəticə
1. Səriştəsiz, təcrübəsi az olan, texnologiyanı alət kimi yox, mümkün tək yol kimi görən insanlardan uzaq olun.
2. Araşdırıb həvəsiniz olan istiqamətə gedin.
3. Biliyinizi heç bir texnologiyadan asılı olmayacaq şəkildə formalaşdırın.





