Skip to main content

Command Palette

Search for a command to run...

İT - yə başlamaq üçün doğru yol ...

İT -yə başlamaq istəyən birinin başlamadan buraxdığı səhvlər onu bu sahədən uzaqlaşdıra bilər.

Published
1 min read
İT - yə başlamaq üçün doğru yol ...

Başlamazdan əvvəl bir çox insanın məsləhətini almaq istəyərlər. Verilən məsələhtlər isə hər zaman kömək etməz. Səbəb isə çox sadədir. Cavablar adətən cavab verən şəxsin özü üçün düşündükləri olur.

Yeni yazılardan tez xəbərdar olmaq üçün
Telegram Kanalımıza abunə olun: Eldar's Lab

Araşdırın ...

İT sahəsinin hansı istiqamətinə yönəlmək istədiyinizə tam əmin deyilsinizsə, o zaman düzgün araşdırma edin. Əvvəlcə hansı sahələrin olduğunu araşdırın, daha sonra bu sahələr üzrə məlumat toplamağa çalışın. Məlumat topladığınız zaman, digər sahələrin pislənməsi ilə çox qarşılaşacaqsınız. Məsələn, "ən yaxşısı mobil proqramlaşdırmadı" və ya "ən asanı İT Helpdesk-dir" və s. Bunların hansısa birini ciddiyə almaq əsas səhviniz olacaqdır. Seçim etmək ciddi məsələdir. Çünki bu insanin gələcəyini dəyişir. Verilən məsləhətləri təbii ki, nəzərə almaq yaxşıdır. Lakin, ilk öncə dəqiqləşdirin ki, özünüzün nəyə marağınız var. Bu, bir az zaman ala bilər. Yaşadığımız dövrdə əlimizdə olan resurslar bunu qısa zamanda etməyə icazə verir. Sizə maraqlı gələn istiqamətdə mütləq uğur qazana bilərsiniz. Kiminsə sizi məcbur etməsinə icazə verməyin. Ətrafınızdakı insanlara maraqlı gələn istiqamətin sizə maraqlı gəlməməsi çox normaldır.

Nəticə

Ürəyiniz istədiyi sahədə kənar təsirlərə fikir vermədən başlayın. Unutmayın ki, insana sərhəd qoyan sadəcə özüdür. Öyrənməyə qorxmayın! Başlamaq, artıq 50% yol qət etmək deməkdir. Araşdırmalardan sonra sizə maraqlı gəlmirsə, qətiyyən başlamayın! Bu sizin üçün zaman, enerji və pul itkisi ola bilər.

Yeni yazılardan tez xəbərdar olmaq üçün
Telegram Kanalımıza abunə olun: Eldar's Lab

Çox verilən suallar

Part 3 of 3

Əsas məqsəd proqramlaşdırmaya yeni başlayanları düzgün istiqamətləndirmək və ən çox verilən suallara daha adekvat cavab yazmaqdır.

Start from the beginning

Proqramçı yoxsa Koder?

Düşünüb sonra edən, yoxsa sadəcə edən?