Skip to main content

Command Palette

Search for a command to run...

Data Analitikasının Növləri

Bu sadəcə başlanğıcdır!

Published
2 min read
Data Analitikasının Növləri

Mündəricat

  1. Giriş

  2. Data-nı analiz etmək üçün addımlar.

  3. Data analizinin növləri.

  4. Nəticə

Giriş

Data analitikası haqqında əvvəlki yazımda qeyd etmişdim. Əgər hələ də oxumamısınızsa, ilk öncə onu oxumağı tövsiyyə edərdim. Oxumaq üçün: Data Analitikası Nədir?

Yeni yazılardan tez xəbərdar olmaq üçün
Telegram Kanalımıza abunə olun: Eldar's Lab

Data-nı analiz etmək üçün addımlar

Data analizi prosesi bir neçə fərqli addımı əhatə edir:

  1. İlkin olaraq məlumat tələblərini və ya məlumatların necə qruplaşdırıldığını müəyyən etməkdir. Məlumatlar yaşa, demoqrafik, gəlir, cinsə və s. görə ayrıla bilər. Məlumat ədədlər və ya sözlər şəklində göstərilə bilər.

  2. Data analitikasının ikinci əsas addımı onun toplanması prosesidir. Məlumat istənilən texnoloji avadanlıq, məsələn, kompüterlər, onlayn mənbələr, kameralar, mobil avadanlıqlar və s. kimi müxtəlif mənbələr vasitəsilə əldə edilə bilər.

  3. Məlumat toplandıqdan sonra təhlil oluna bilməsi üçün strukturlaşdırılmalıdır. Bunun üçün, elektron cədvəl, məsələn Excel və ya digər proqramlardan istifadə oluna bilər.

  4. Sonda isə toplanan məlumatlar təmizlənməlidir. Məlumatlar dəstində heç bir xəta, natamamlıq və ya təkrarlanma olmadığından əmin olduqdan sonra, data analitikə analiz üçün göndərilir. Bu analiz zamanı baş verə biləcək xəta riskini minimuma salır.

Peşəkar Data Analitik olmaq istəyirsiniz? Təlimlərimizə qoşulmaqla istəyinizə asanlıqla çata bilərsiniz. Təlimlərimiz Microsoft sertifikatlı PEŞƏKAR TƏLİMÇİLƏR tərəfindən keçilir.

Bir kliklə yazın: WhatsApp: +994514110303
Mən kiməm: Eldar Zeynallı

Data analizinin növləri

Təsviri analitika (Descriptive analytics): Bu, müəyyən müddət ərzində baş verənləri təsvir edir. Məsələn, keçən il ərzində artan gəlirlər və ya son bir ay ərzində satış tempi və s.

Diaqnostik analitika (Diagnostic analytics): Bu halda, hadisənin və ya prosesin baş vermə səbəbi araşdırılır. Əsasən müxtəlif məlumat girişlərini və fərziyyəni özündə birləşdirir. Məsələn, hava şəraiti məhsul satışına təsir etdimi və ya qiymətlərin qalxması satışlara təsir etdimi?

Proqnozlaşdırıcı analitika (Predictive analytics): Keçmişdə baş verənləri nəzərə alaraq, yaxın gələcəkdə baş verə biləcəkləri təxmin etmək ehtimalının araşdırılmasıdır. Məsələn, son 10 ildə qışdakı yağıntının miqdarına əsasən gələn qışın yağıntı miqdarının təyin edilməsi.

Təlimatlı analitika (Prescriptive analytics): Hərəkətin istiqamətini təklif etmək formasıdır. Məsələn, soyuq qış ehtimalı verilən son on hava modelinə nəzərən orta hesabla 67 % - dən yuxarı götürülürsə, onda istilikxanaya veriləcək qaz miqdarını artırmalıyıq.

Nəticə

Dünyada maliyyə, səhiyyə, turizm və bir çox sahələrdə səmərəli qərarlar qəbul etmək üçün data analitikasından istifadə edilir. Biznesə uyğun məlumatı toplayıb düzgün analiz etdikdə, əgər problem varsa, onun nədən qaynaqlandığını daha tez tapmaq və dolayısıyla aradan qaldırmaq olur.

Yeni yazılardan tez xəbərdar olmaq üçün
Telegram Kanalımıza abunə olun: Eldar's Lab

Data Elmi

Part 2 of 3

Əsas məqsəd Data Elmi, Data Analitikası, Maşın Örənməsi, Dərin Öyrənmə və s. haqqında maraqlı və öyrədici məlumatlar paylaşmaqdır.

Up next

Data Analitikası Nədir?

Data ilə "yola getməyə" çalışın!