Proqramçı yoxsa Koder?
Düşünüb sonra edən, yoxsa sadəcə edən?

Yeni yazılardan tez xəbərdar olmaq üçün
Telegram Kanalımıza abunə olun: Eldar's Lab
Müasir dövrdə proqramlaşdırma öyrənmək daha asandır. Sadəcə burada heç kəsin görmədiyi "AMMA" var. Məsələ burasıdır ki, proqramlaşdırma və kod yazmaq eyni anlayış deyil. İT sahəsində hər proqramçı kod yazar, amma hər kod yazan proqramçı deyil. Müasir resursların əksəriyyəti, hansı ki, bura bəzi kurslar da daxildir, öyrənmək istəyənlərə bilərəkdən ya da bilməyərəkdən proqramlaşdırma əvəzinə kod yazmaq öyrədirlər. Öyrədilən texnologiyaların sayını artırmaq qarşıdakını yaxşı proqramçı etmir. Yaxşı proqramçı heç bir proqramlaşdırma dilindən istifadə etmədən, məsələnin həll yolunu tapa və daha sonra hər hansı texnologiyadan istifadə etməklə proqramını yaza bilməlidir. Yəni, proqramçı olmaq, kod yazmaq yox, məsələni optimal yolla həll edə bilmək deməkdir. Sadəcə hazır kodlarla düşünmədən, analiz etmədən kod yazıb, nəticə almaq isə proqramçılıq deyil, koderlikdir.
Yeni yazılardan tez xəbərdar olmaq üçün
Telegram Kanalımıza abunə olun: Eldar's Lab





